Təklif olunan kreditləri necə ayırd etmək?

Hamımızı “hər bir kəsə və istənilən məqsəd üçün kredit”, “ilkin ödənişsiz kredit”, “illik 0%-lə kredit” kimi reklam elanları cəlb edir. Bütün bunlar çox cazibədar və cəlbedici səslənir. Lakin çox vaxt belə kreditlər nəinki bizim problemlərimizi həll etmir, hətta borcalanın həddindən artıq kredit ilə yüklənməsinə gətirib çıxarır ki, bu da öz növbəsində kreditlərin məqsədi deyil.

TBC Kreditdə ilk növbədə borcalanın maliyyə vəziyyətinə diqqət yetirilir , başqa sözlə desək, müəyyən olunmuş müddət boyunca sizin öz kredit borcunuzu mütəmadi olaraq ödəyib-ödəyə bilməyəcəyiniz müəyyənləşdirilir. Sizin əmək haqqınız və əlavə gəlirləriniz, eyni zamanda, gündəlik həyatınızda qidaya və zəruri məişət əşyalarına olan tələbatınız, nəqliyyat və kommunal xərcləriniz nəzərə alınır. Sizin gəlirlərinizdən bu ümumiləşdirilmiş xərclər çıxıldıqdan sonra kreditin ödənişinə yönəldə biləcəyiniz miqdarda məbləğ sizə təklif olunur.


Bunlara diqqət yetirmək vacibdir:

1. kredit təşkilatının etibarlılığı və nüfuzuna
vacibdir ki, təşkilat müştərilərinə tam məlumat verməklə şəffaf işləsin. Və yaddan çıxarmayın ki, siz də öz növbənizdə maliyyə vəziyyətiniz haqqında düzgün və dolğun məlumat təqdim etməlisiniz. Öz nüfuzunun qeydinə qalan etibarlı təşkilat, hər şeydən əvvəl, öz müştərilərinə doğru məsləhətlər verərək onlara öz diqqət və qayğısını göstərir, müştərini düzgün kredit seçimi etməyə istiqamətləndirir.

2. kreditin şərtlərinə
müxtəlif kredit təşkilatlarında kredit şərtlərini müqayisə edin, yalnız kreditlər üzrə illik faiz dərəcələrini deyil. Yalnız bu halda siz müəyyən edə bilərsiniz ki, hansı təşkilatın verdiyi kredit ucuzdur. Kreditin alınması ilə bağlı bütün xərclərlə maraqlanın və suallar verməyə çəkinməyin. Bilin ki, nə üçün ödəniş edirsiniz! Mümkün xərclər: kreditin bütün dövrü üçün faiz məbləği, komissiya, sığorta, hər hansı əlavə xərclər.

3. faiz dərəcəsinə, yalnız ödəniş qrafikinə deyil
bəzi müştərilər faiz dərəcəsi ilə maraqlanmırlar, onları yalnız kredit üzrə aylıq ödəniş maraqlandırır. Müştərilərə kreditin faiz dərəcəsi haqqında məlumat verməyən kredit təşkilatlarına etibar etməyin.