TBC Kredit-də indi kreditə müraciət daha asan oldu. Elektron arayış əsasında kreditlər!

“TBC Kredit” BOKT MMC-i və Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Naizrliyinin Məlumat Hesablama Mərkəzi arasında “Elektron hökümət” Portalına qoşulması haqqında müvafiq müqavilə imzalanıb.   Artıq, kredit əldə etmək üçün arayışlar daha sadələşdirilmiş formada elektron şəkildə təqdim edilə bilər. Bügundən etibarən bütün “TBC Kredit” BOKT MMC-ın filiallarında xüsusi texniki imkanlar yaradılmışdır. Müştərilərımız artıq filiallarımıza yaxlnlaşaraq yalnız şəxsiyyət vəsiqəsi vasitəsilə iş yerindən arayış və kreditə müraciət etmək üçün başqa zəruri sənədlərin “Elektron hökümət” vasitəsilə əldə edə bilər. Bunun üçün müştəri www.e-gov.az elektron hökumət portalına daxil olaraq "Vətəndaşa aid fərdi məlumatlar üzrə elektron arayışın verilməsi" xidməti vasitəsilə elektron arayışı formalaşdırır. Elektron portala daxil olmaq üçün elektron imza sertifikatı, ASAN imza və ya kod parollardan istifadə etmək olar. Kod parolu almaq üçün vətəndaş elektron portalda online qeydiyyat xidmətindən istifadə edə bilər. Kod parolları həmçinin Bakı şəhərində və rayon mərkəzlərində bütün poçt şöbələrində ödənişsiz olaraq əldə etmək olar.