Bakı Fond Birjasında “TBC Kredit” BOKT MMC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcəkdir
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin hesabatlılığı” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi – İSİN | İstiqrazların növü və forması | İstiqrazların sayı | Nominal Dəyəri | Ticarətə buraxlma tarixi | İllik faiz dərəcəsi | Tədavül müddəti | Kupon faizlərinin ödəniş müddəti |
AZ2004019165 | Faizli təmin edilməmiş sənədsiz adlı | 3,000 (ədəd) | 1,000 manat | 23.09.2021 | 12% | 2 il | Hər 6 aydan bir |
Yerləşdirmə üzrə anderrayter “AzFinance İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi) bölməsində yerləşdirilmişdir.