Tender

“TBC Kredit ”  BOKT MMCSizləri ofis dəftərxana ləvazimatları, təsərrüfat və yeyinti malları, katriclərin doldurulması, poliqrafiya və s. xidmətlərin təchizatı məqsədilə keçirilən tenderdə iştirak etməyə dəvət edir:
1.   Ofis dəftərxana ləvazimatları
2.   Təsərrüfat  malları
3.   Ofis mebeli
4.   Kompüterlər, onların təmiri və şəbəkə xidmətləri
5.   Poliqrafiya xidmətləri
6.   Printer, katriclərin doldurulması, skanner və onların təmiri
7.   Tərcümə xidmətləri
8.   Taksi və yükdaşıma xidmətləri
9.   Təhlükəsizlik kameraları, onların quraşdırılması və servisi
10.               Santexnika və usta xidmətləri
11.                Kuryer xidmətləri
Tender çərçivəsində şirkətlərin seçimində üstünlük veriləcək şərtlər:
·        Təchiz edilən ləvazimatların yüksək keyfiyyətli olması
·        Təchiz edilən mallara rəsmi qaydada zəmanət verilməsi
·        Təchiz edilən ləvazimatların sərfəli qiymətdə olması
·        Pulsuz və vaxtında çatdırılma
·        Ödənişlərin bank vasitəsi ilə həyata keçirilməsi imkanı
·        İstifadəyə yararsız malların geri qaytarılması imkanı
·        Sadələşdirilimiş vergi ödəyicisi olan şirkətlərə üstünlük veriləcək
Tenderdə iştirak etmək istəyinizi bildirən kifayət qədər ətraflı yazılmış maraq məktubunuzu (şirkət, partnyorlar haqqında və s.) və qeyd olunmuş məhsul və xidmətlərin qiymət təkliflərini şirkətinizin rəsmi blankında əlaqələndirici şəxsin adı və bank rekvizitlərinizi qeyd edərək möhürlənmiş imzalanmış formada təşkilatımızın iş vaxtı ərzində ( bazar ertəsi- cümə, 09:00-18:00, bayram günləri istisna olmaqla) sshukurova@tbckredit.azelektron ünvanına təqdim etməyiniz xahiş olunur.
Təkliflər 2015-ci il oktyabrın 30-dək qəbul olunacaq.
TBC Kredit BOKT MMC
Bakı şəhəri, AZ1010, 28 May küçəsi 71/77
Tel: (012) 598 22 12 (100)
Tender üzrə əlaqələndirici şəxs : Samirə Şükürova ( İnzibati işlər üzrə əlaqələndirici)