TBC Kredit 2014-cü il üzrə fəaliyyətinin nəticələrini yekunlaşdırdı

TBC Kredit 2014-cü il üzrə fəaliyyətinin nəticələrini yekunlaşdırdı

Hesabat ilində TBC Kredit kredit portfelini 2013-ci ilin dekabrın sonuna olan göstəricilərlə müqayisədə 14,8% artırmışdır. 31 dekabr 2014-cüil tarixinə kredit portfeli 6082 aktiv kreditlə 47,5mln. dollara çatmışdır. Portfeldə 46%-lə biznes kreditləri üstünlük təşkil edir, istehlakvə poteka kreditlərinin payı müvafiq olaraq 39% və 15%-dir. Maliyyələşdirilməsi 2014-cü ilin İyul ayından başlayan kənd təsərrüfatı kreditləri biznes portfelinin 6%-i təşkil edir.
 
Keçən ilin göstəriciləri ilə müqayisədə verilən istehlak kreditlərinin həcmi artmışdır.
 
Ötən ildə TBC Kredit kredit portfelinin keyfiyyətini qoruyub saxlamaqla göstəricilərini artırmış, yeni tərəfdaşlarla əməkdaşlıq əlaqələri qurmuş, uzunmüddətli vəsaitlər cəlb etmiş və 3 mln.manat məbləğində şəxsi istiqrazlarını Azərbaycandavə 5 mln. dollar məbləğində isə bondları Gürcüstanda uğurla yerləşdirmişdir.
 
TBC Kredit beynəlxalq və yerli maliyyə institutları ilə maliyyə vəsaitlərinin cəlb edilməsi sahəsində  uğurla əməkdaşlıq edir. Belə ki, TBC Kredit 2014-cü il ərzində Azərbaycanda biznes-kreditləşməsinin inkişafına yönəltdiyi ümumi həcmi 15,6 mln.dollar olan bir neçə tranş almışdır. Şirkətin beynəlxalq tərəfdaşları siyahısına MicroVest, responsAbility Social Investments AG, Triple Jump, OPIC (Overseas Private Investment Corporation, USA) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Qara Dəniz Ticarət və İnkişaf Bankıdaxildir.
 
2014-cü il ərzində TBC Kredit BOKT öz filialarını Sumqayıt və Xaçmaz şəhərlərində açdı və bununla öz fəaliyyətini regionlarda da göstərməyə başladı. Xaçmaz şəhərində fəaliyyətinin nəticəsi olaraq TBC Kredit yeni növ krediti – kənd təsərrüfatı krediti- təklif etməyə başladı. 2015 il üçün TBC Kredit təşkilatı regionlarda olan fəaliyyətin genişlənməsi və filial sayının artmasını planlaşdırır.