Qış Aksiyası “-2%”! 2012

Yeni il endirimləri başlayır və bayramın astanasında TBC Kredit girovsuz “Təcili pul” kreditlərinə yenidən hamının ürəyincə olmuş “-2%” aksiyasını elan etdi. Kreditə müraciət edənlər yeni il hədiyyəsi olaraq illik faiz dərəcəsinə 2% güzəşt əldə edirlər. İndi bu kredit üzrə minimal illik faiz dərəcəsi 22% təşkil edir, müsbət kredit tarixçəsi olan təkrar müştərilər üçün isə illik 20% (4% aşağı). Aksiya bu ilin noyabrın 19-dan etibarən başlayıb.
 
“Təcili Pul” girovsuz nəğd kreditdir və istənilən məqsəd üçün nəzərdə tutulmuşdur. Bu kredit üzrə maksimal məbləğ 10,000 manat, maksimal müddət isə 24 ay təşkil edir. Mövcud məhsul əhali arasında böyük tələbatla istifadə olunur, belə ki, kredit minimal sayda sənədlərin təqdimatı əsasında 2 gün ərzində verilir. Həmçinin kreditə ofisdən/evdən çıxmadan onlayn müraciət etmək və TBC Kreditə bir dəfə pulu götürmək üçün gəlmək olar.