Bəylər üçün kampaniyası "-1%" - 1 iyun - 30 iyun 2012

Azərbaycan Silahlı Qüvvələr günü ərəfəsində TBC Kredit avtomobil kreditlərinə endirim kampaniyası elan etdi! 30 iyuna qədər avtomobil kreditinə müraciət edən bütün bəylər hədiyyə olaraq illik faiz dərəcəsinə 1% endirim əldə edirlər. İndi bu kredit üzrə minimal illik faiz dərəcəsi 17% təşkil edir.

TBC Kreditin avtomobil krediti əhali arasında geniş tələbatla istifadə olunur. Kredit istənilən avtomobilin alışı üçün (marka və istehsal ilinə məhdudiyyət yoxdur), ilkin ödənişsiz və sığortasız verilir. Əgər kreditin məbləği $30,000 yuxarı və müddəti 36 aydan çoxdursa, bu halda avtomobilin sığortalanması zəruridir. Bundan əlavə, kreditə müraciət edib cavab almaq və bundan sonra avtomobil axtarışına başlamaq fürsəti də verilir. Kreditin maksimal məbləği $60,000, müddəti isə 60 ay təşkil edir.



Kredit onlayn müraciət